Moldovada hökumətə etimadsızlıq səsverməsinin başlamasına qərar verilibbackend

Moldovada hökumətə etimadsızlıq səsverməsinin başlamasına qərar verilib

Moldova Respublikası Sosialistlər Partiyası hökumətə etimadsızlıq səsverməsi proseduruna başlamaq və parlament seçkilərinin vaxtından əvvəl keçirilməsinin zəruriliyində israr etmək qərarına gəlib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə siyasi assosiasiyanın sədri İqor Dodon öz “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, Sosialist Partiyası bu qərarı energetika sektorunda davam edən böhran və Nazirlər Kabinetinin vətəndaşları və ölkə iqtisadiyyatını qoruya bilməməsi fonunda verib.

Xatırladaq ki, noyabrın 3-də ölkədə prezident seçkiləri keçirilib. Hazırkı Prezidenti Maya Sandu və ölkənin keçmiş baş prokuroru Aleksandr Stoyanoqlo mübarizəsində xanım namizəd qalib gəlib.

Məlik,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*