Moldovadan Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı AÇIQLAMAbackend

Moldovadan Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı AÇIQLAMA

Moldova Respublikasının Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi son günlərdə silahlı toqquşmaların baş verdiyi və nəticədə ölümlərə səbəb olan Azərbaycan-Ermənistan sərhədindəki hadisələri narahatlıqla izləyir.

KONKRET.az xəbər verir ki, qurum həlak olanların ailələrinə başsağlığı verir və tərəfləri güc tətbiq etməkdən çəkinməyə, vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün səylərini davam etdirməyə və beynəlxalq hüququn prinsip və normalarına hörmət əsasında dayanıqlı bir siyasi həll yolu tapmağa çağırır.

Moldova Respublikası münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında sülh yolu ilə həll olunmasının tərəfdarıdır.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*