backend

Mollalar nədən lənətlənirdisə, rəqəmsal dilə qarşı çıxanlar da lənətlənəcək

Saleh Məmmədov, iqtisad elmləri doktoru, professor

Bill Qeyts niyə İos deyil Androidə üstünlük verdiyinin səbəblərini açıqladı. Arqumentlərlə tamamilə razıyam. Azərbaycanlılar üçün Androidin daha vacib arqumenti var: bizim ana dilimizin rəqəmsal variantının şəriksiz müəllifi Google şirkətidir.

Hələ 19-cu əsrdə bizim ana dilimizin klassik variantı işlənərkən necə vəziyyət yaranmişdirsa, indi rəqəmsal Azərbaycan dilinin qurulması zamanı eyni vəziyyət yaranmışdır. Dilimizin “dil qəhrəmanları” isə yalnız 19-cu əsrin mollaları kimi dilin inkişafına mane olmaqla məşğuldur.

Hərdən mənə elə gəlir ki, bu ölkədə rəqəmsal Azərbaycan dilini, onun problemlərini anlayan bir nəfər də dilçi alim yoxdur. Bu gün rəqəmsal keçid dövrünü yaşayırıq, bütün sahələr rəqəmsallaşır, klassik dünyanı virtual dünya əvəzləyir. Amma dilimizin rəqəmsallaşdirilsı ilə heç kim məşğul olmur.

XIX əsrin sonlarında Çar Rusiyası qərar verdi ki, hər bir millətin öz ana dilində tədris təşkil olunsun və bu minvalla müstəmləkə regionlarının hamısında yaradılmağa başlandı. Azərbaycanda mollalar üsyan qaldırdı ki, bizim din dilimiz Ərəb dilidir və yalnız bu dildə də yazı pozumuz olmalıdı. Bir Azərbaycanlı ziyalı tapılmadı ki, bu mollaların cavabını versin, işə rəhbərlik etsin və Çarın sərəncamını yerinə yetirsin. Bunu rus millətindən olan böyük Azərbaycanlı maarifçi A. O. Çernyayevski oz üzərinə götürdü, bölgə-bölgə gəzərək, həyatını riskə ataraq (hər an öldürülə bilərdi – “Dəli Kür” filmi) bir qrup yaratdı, ana dilində tədrisə başladı. Amma necə tədris etsin ki, ana dilimiz o vaxta kimi şifahi dil kimi fəaliyyət göstərmişdi, ana dilində tədris üçün bir məqalə belə yox idi.

Bundan sonra A.O. Çernyayevski (ruhu şad olsun) tarixdə ilk dəfə “Vətən dili” dərsliyini yazdı. Sonrakı proseslər hamıya məlumdur, sovet dövründə bir neçə dil tədqiqat qurumu, dil təhsil ocaqları, elmi tədqiqat institutları yaratdı, minlərlə dissertasiya müdafiə olundu, dilçi alimlər yetişdirildi.

Bütöv rəqəmsal keçid dövrü müstəqillik dövrünə təsadüf edir, 1990-ci illər internetin meydana gəlməsi və virtual dünyanın yaranması ilə başladı. Rəqəmsal dünyanın da rəqəmsal da dili olmalıdır, başqa cür necə yazmaq olar? 19-cu əsrin sonlarında baş verən ana dilinə qarşı molla üsyanı sanki indi təkrarlanır: rusca təhsil almağa çalişanlar, ingiliscə yazanlar, oxuyanlar müasir “mollalar” tərəfindən qamçılanir, döyülür, təhqir olunur. Amma A. Çernyayevski kimi ortaya çıxıb problemin həllini tapa bilən bir ziyalı yoxdur, bir dilçi alim tapılmadı. Bir normal düşüncəli adam tapılmadı ki, qərəzsiz təhlil aparsın, niyə doğma dilə maraq bu qədər azalsın, niyə hər kəs əcnəbi dillərdə təhsil almağa calışir…

Yenə də rəqəmsal Azərbaycan dili dərsliyi, nəzəri, elmi problemləri başqa millətlərin nümayəndələri ümidinə qaldı. Bu dəfə amerikalılar dilimizə sahib çıxdı, Google şirkətinə, Android proqramının müəlliflərinə təşəkkür edirəm, özlərinə uyğun mükəmməl rəqəmsal Azərbaycan dili sistemi qurublar. Amma əcnəbilərin qurduğu ana dili heç vaxt problemsiz ola bilməz, Bir dilin dərsliyi dilin daşıyıcısı tərəfindən yazılarsa, çox daha yaxşı və effektli ola bilər.

Androidin hazırladığı rəqəmsal Azərbaycan dili sisteminin o qədər böyük problemləri var ki, həllinə illərlə vaxt tələb olunacaq. Unutmayaq, bu dərsliklər yalnız 10 milyonluq əhali üçün deyil, 50-60 milyonluq dünya azərbaycanlıları üçündür, amma məsuliyyəti Azərbaycan respublikası üzərindədir. Azərbaycan respublikasından kənarda heç yerdə elmi Azərbaycan dili istifadə olunmur. Bu gün süni intellekt əsasında rəqəmsal Azərbaycan dili dərsliyi, rəqəmsal Azərbaycan dili müəllimi, rəqəmsal orfoqrafiya, rəqəmsal qramatika, rəqəmsal tərcümə, smart klaviatura, smart yazı qaydaları, rəqəmsal danışıq, rəqəmsal imla, rəqəmsal redaksiya prinsipləri islənməli, tarixi əlifbaların konvertasiyasi proqramları hazırlanmalıdır. Elm sürətlə irəliləyir, bizim sürət isə bu günkü mövqemizi qorumağa çatmır, nəinki bir addım qabağa getməyə.

Bu məsuliyyət dil tədqiqat və təhsil institutlarının, dilçi alimlərin, deputatların üzərindədir. Olmasa tarix boyu lənətlənəcəksiniz, necə ki, indi 150 il əvvəl A. Çernyayevskiyə qarşı çıxan mollalar lənətlənir, eləcə də 100-150 il sonra bu işi əcnəbilərin ümidinə buraxanlar lənətlənəcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*