Qocalıqla barışmaq lazımdır.
KONKRET.az xəbər verir ki, bu sözləri dünyaca məşhur italyan aktrisası Monika Belluçi jurnalistlərə açıqlamasında deyib.
“Həyat müxtəlif anlardan, mərhələlərdən ibarətdir. Gənc olduqda sənin təbii gözəlliyin, bioloji anın cazibəsi var. Lakin həyat davam edir, fiziki olaraq qocalırsan və bununla heç nə etmək olmaz. Bununla barışmaq lazımdır. Eyni zamanda biz xoşbəxtik. Çünki biz qocalırıqsa, deməli uzun həyatımız olub. Bədən təslim olanda, ruh yüksəlir”, – deyə aktrisa bildirib.