Xəbər verdiyimiz kimi, ötən ilin dekabrında vəzifəsindən uzaqlaşdırılan Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Elxan İbrahimovu kimin əvəz etdiyi məlum olub.
KONKRET.az xəbər xəbər verir ki, İcra başçısının səlahiyyətləri müvəqqəti olaraq birinci müavin Gülarə Verdiyevaya tapşırılıb.
Qeyd edək ki, Gülarə Verdiyeva Nəsimi RİH-dən öncə Bakının Nəsimi rayonu ərazisində fərqli dönəmlərdə iki məktəbin direktoru olub.
2013-cü ildə Nəsimi RİH-də humanitar məsələlər üzrə müavin təyin edilib. 2017-ci ildə isə fəaliyyətinə birinci müavin olaraq davam edib.
Ölkədə hər kəs onu 2010-cu ildə etdiyi “möhtəşəm” çıxışa görə xatırlayır. Hətta “monolit və avanqard” namizəd sözü də uzun müddət dillərlə “dastan” olmuşdu. Məsələnin ən maraqlı tərəfi isə, bu “avanqard” xanım iki cümləni ard-arda qoşub danışa bilmir, rabitəsiz nitqi ilə hər kəsi ŞOKa salmışdı. O zaman “yaxşı ki, deputat seçilmədi” deyə insanlar seçicilərə şükranlıq edirdilər. Amma indi həmin “avanqard” xanım birbaşa bir rayonun rəhbərliyinə gətirilib. Ümid edirik rəhbərliyi də nitqi kimi “yarımçıq” olmaz.
Tarixə nəzər salaq və yeni rəhbərin o “çıxışını” bir daha xatırlayaq.
