Monqolustanda etnik qırğız deputat seçildi: “Pasportumuzda bizi qazax kimi yazıblar”backend

Monqolustanda etnik qırğız deputat seçildi: “Pasportumuzda bizi qazax kimi yazıblar”

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Seçkidən sonra hakim Monqol Xalq Partiyası (MXP) mütləq qələbə qazanıb, lakin bəzi əyalət rayonlarında müxalif Demokrat Partiya (DP) bir neçə yerə sahib olub.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Bayan-Ölqiy aymakında MXP nümayəndələri 2 yer qazanıb.

Demokrat Partiyasından namizəd, Monqolustanın əməkdar həkimi, etnik qırğız Bulanı Beysen rayonda üç mandatdan birini alıb.

Xavdislamin Badelxan və Teluhan Aybakir MXP-dən seçilib. Onların hər ikisi Molxı qəbiləsindəndir.

Demokrat Partiyasının nümayəndəsi B. Beysen Şeruşi Kurman qəbiləsindəndir. O, Ölqiy şəhər xəstəxanasının baş həkimidir.

2015-ci ildə wordpress.com saytına verdiyi müsahibədə o, Monqolustanda 3000-ə yaxın etnik qırğızın yaşadığını deyib.

“Monqolustanda 100 mindən çox qazax yaşayır. Onlarla birlikdə 2000-3000 qırğız yaşayır, bunlar 400 ailədir. Pasporta görə bizi qazax (Kurman qəbiləsi) kimi yazıblar. 1999-2000-ci illərdə Monqolustan hökumətinə müraciət etdik və pasportdakı “milliyyət” sütununda bizi qırğız olaraq yazmağı məsləhət gördük. Ancaq buna nail ola bilmədik. Qırğız dili çoxdan unudulub, bir-birimizlə qazax dilində ünsiyyət qururuq. Ancaq hamı öz şəcərəsini yaxşı bilir. Bizim bölgə Bayan-Ulgiy adlanır və biz ən çox Ulaanhus, Sagsay, Buqat və Nogonnuurda yaşayırıq. Bu il qardaşım Jolaman Bulan monqol qırğızları haqqında bir kitab nəşr etdi” deyib.

Bayan-Ölqiy aymakı (monqol dilindən zəngin ərazi kimi tərcümə olunur) Monqolustanın 21 vilayətindən biridir. Əsasən qazaxlar (90.4%) və uryanxaylar (5.19%), tuvılar (1.42%) yaşayır, qalanları isə derbetlər və xalxa-monqollardır.

                          

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*