Monqolustanın yeni parlamentinə 13 qadın seçildibackend

Monqolustanın yeni parlamentinə 13 qadın seçildi

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Hakim Monqol Xalq Partiyası (MXP) 62 yerə, müxalif Demokrat Partiyası (DP) 11 yerə sahib olub.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, iki koalisiya – sağçı seçicilərin koalisiyası və “Sizin və bizim koalisiyamız” hərəsi bir yerə sahib çıxıb.

MSK-dan verilən məlumata görə, müstəqil namizəd kimi parlament seçkilərində iştirak edən Monqolustanın keçmiş baş naziri Norov Altanhuyag da deputat seçilib.

Bu seçkilərin ən gözə çarpan nəticəsi qadın namizədlərin qələbəsi olub. 2012-ci il seçkilərində 11 qadın, 2016-cı il seçkilərində 13 qadın parlamentdə çalışıb. Və bu dəfə də eyni sayda qadın ölkənin yeni parlamentində işləyəcək.

                            

KONKRET.az

  • Omer
    İyun 25, 2020 - 09:31

    Eynen bizi kibi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*