Monteneqro prezidenti: koronavirus üzərində qələbə çaldıqbackend

Monteneqro prezidenti: koronavirus üzərində qələbə çaldıq

Monteneqro Prezidenti Milo Dukanovic ölkəsinin koronavirus infeksiyası üzərində qalib gəldiyini açıqladı.

KONKRET.az xəbər verir ki, bu barədə o, öz “Twitter” səhifəsində yazıb.

“Monteneqro koronavirusa qarşı uğurla mübarizə apardı. Artıq bu virusa yoluxan xəstəmiz yoxdur. İnsanların həyatı uğrunda mübarizənin bu mərhələsi başa çatdı” dedi.

Qeyd etdi ki, bu, ölkənin dövlət orqanlarının əlaqələndirilmiş işi və cəmiyyətin məsuliyyəti sayəsində baş verib. Dukanoviç hökumətin pandemiyanın nəticələrinin öhdəsindən gələcəyini vurğuladı.

Son məlumatlara görə, ölkədə 324 koronavirus hadisəsi qeydə alınıb, 9 xəstə ölüb, 315 nəfər sağalıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*