Özbəkistanın Moskvadakı səfiri Botirjon Əsədov Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin rektoru Şerzod Kudratxocayevin açıqlamalarına görə Smolenskaya meydanına çağırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir.
“Bildirildi ki, bu cür fikirlərin məzmunu və tonu Rusiya ilə Özbəkistanı birləşdirən və ölkələrimizin liderlərinin 2023-cü ilin oktyabrında keçirilən görüşü nəticəsində daha da mütərəqqi xarakter daşıyan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri ilə ziddiyyət təşkil edir”, – bəyanatda deyilir.
Şerzod Kudratxocayev bildirmişdi ki, Özbəkistanda yaşasa da, özbək dilini bilməyənlər “işğalçı”, yoxsa “axmaq” olduqlarına özləri qərar verməlidirlər. O, həmçinin bildirib ki, Rusiya siyasətçilərinin hücumlarına cavab olaraq susmaq mümkün deyil.
Rusiya Xarici İşlər Nazirliyi yaxın vaxtlarda Özbəkistanın Xarici İşlər Nazirliyinin adıçəkilən yüksək vəzifəli şəxsin iyrənc bəyanatlarına prinsipial qiymət verən rəsmi şərh təqdim edəcəyini gözləyir.
Rusiya Xarici İşlər Nazirliyi əlavə edib ki dost və müttəfiq ölkə olan Özbəkistan əhalisinin böyük əksəriyyəti Kudratxocayevin mülahizələri ilə razılaşmır.
Natiq Səlim,
KONKRET.az