Moskva Ermənistandakı prosesləri izləyir – rusiyalı politoloqbackend

Moskva Ermənistandakı prosesləri izləyir - rusiyalı politoloq

Ermənistanda və bir sıra postsovet ölkələrində Ermənistan-Rusiya münasibətlərinin şişirdilmiş qavranışı mövcuddur.

KONKRET.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Aleksey Malaşenko Ermənistan mediasına müsahibəsində deyib.

Onun sözlərinə görə, postsovet məkanında Rusiyanın bir çox məsələsi, o cümlədən Qarabağ münaqişəsi və Ermənistan-Rusiya münasibətləri var, lakin Rusiya diplomatiyası onları adi gərginlik olmadan həll edir.

“Əlbəttə, Rusiya Ermənistanda baş verənləri izləyir, amma heç reaksiya vermir. Düşünürəm ki, həll olunmamış məsələlər var, ikitərəfli münasibətlərdə müəyyən gərginliyi saxlayır. Anlaşma problemləri var. Bu mövzu Rusiya üçün bu gün prioritet deyil, buna görə vəziyyətin əvvəlki kimi qaldığı görünür. Zaman-zaman Rusiya Xarici İşlər naziri Sergey Lavrov bir sıra məsələlərə münasibətini göstərməyə çalışır. Ancaq nə Rusiyanın, nə də Ermənistanın bu gün bütün bunların öhdəsindən gəlmək üçün imkanları yoxdur” deyib Malaşenko.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*