Rusiya ilə Azərbaycan ən yüksək səviyyədə daimi siyasi “2+2” məsləhətləşmə formatını yaratmalıdır.
KONKRET.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko öz Teleqram kanalında yazıb.
“Bu çərçivədə Rusiya ilə Azərbaycanın müdafiə və xarici işlər nazirləri ikitərəfli, regional və beynəlxalq gündəmin bütün aktual məsələlərini müzakirə etmək üçün ildə bir neçə dəfə görüşə bilərlər.
Eyni zamanda, Rusiya FTX ilə Azərbaycan DTX arasında əlaqələri fəallaşdırmaq, həmçinin yüksək səviyyəli məsləhətləşmələr formatını yaratmaq lazımdır”, – o bildirib.