Moskva sakinlərinə koronavirusa qarşı peyvənd vurulur – PULSUZbackend

Moskva sakinlərinə koronavirusa qarşı peyvənd vurulur – PULSUZ

Moskvada koronavirus peyvəndinin qeydiyyatdan sonrakı araşdırması çərçivəsində şəhər sakinlərinə vurulmağa başlanılıb.

KONKRET.az xəbər verir ki, məlumatı RİA Novosti agentliyi şəhər merinin sosial inkişaf üzrə müavini Anastasiya Rakovaya istinadən yayıb.

“Bu, peyvəndin hər kəs üçün əlçatan olacağı anı yaxınlaşdırmağa imkan verəcəkdir. Tədqiqatın ilk iştirakçıları bu gün peyvənd edilib” deyib.

Peyvəndin pulsuz olduğu qeyd edilir.

“Müraciət edənlərin sayı hər gün artır. Əsil ajiotaj yaranıb. Artıq 35 mindən çox moskvalı müraciət edib. İndi paytaxtda, altı tibb müəssisəsi bazasında COVID əleyhinə peyvənd araşdırma aparılır. Gələcəkdə onların sayı 20-yə çatacaq” deyə Rakova əlavə edib.

Onun sözlərinə görə, peyvənd iki mərhələdə tətbiq olunacaq. Birinci mərhələdə peyvəndin birinci komponenti könüllülərə, 21 gündən sonra ikinci mərhələ tətbiq olunacaq. Komponentlər tərkibinə daxil edilən aktiv maddələrlə fərqlənir, bu, immunitet müdafiəsini artırmaq üçün edilir.

11 avqustda Rusiya Prezidenti Vladimir Putin dünyada koronavirus infeksiyasına qarşı ilk peyvəndin yaradıldığını elan edib.

“Sputnik V” adlı peyvənd Qamaleya adına Elektrokimya Tədqiqat Mərkəzi tərəfindən hazırlanıb və Rusiya Birbaşa İnvestisiya Fondu ilə birlikdə istehsal edilib.

Babək Göyüş                                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*