Rusiya və Səudiyyə Ərəbistanı arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı razılıq əldə edilib.
KONKRET.az xəbər verir ki, Ər-Riyadda Səudiyyə Ərəbistanının enerji naziri şahzadə Əbdüləziz bin Salman bin Əbdüləziz və Rusiya baş nazirinin müavini Aleksandr Novakın rəhbərliyi ilə Rusiya-Səudiyyə Ərəbistanı Hökumətlərarası Əməkdaşlıq Komitəsinin iclası keçirilib.
İclasda tərəflər arasında ticarət, iqtisadiyyat, sənaye və investisiya sahələrində əməkdaşlığın artırılması üçün razılıq əldə olunub.