Rusiyanın paytaxtı Moskvada iyulun 12-nə olan temperatur rekordu qırılıb – hava 34,6 °C-yə qədər qızaraq, 1903-cü ildə qeydə alınmış əvvəlki maksimum göstəricini geridə qoyub.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand məlumat verib. Onun sözlərinə görə, VDNX meteoroloji stansiyasında temperatur 34,6 dərəcəyə çataraq 122 il əvvəlki rekordu 0,1 dərəcə üstələyib.
“1903-cü ildə bu tarixdə temperatur 34,5 °C olmuşdu. Bu gün isə 34,6 dərəcə qeydə alındı. Bu, artıq ekstremal istilərin göstəricisidir”, – deyə Vilfand qeyd edib.
O həmçinin bildirib ki, yaxın günlərdə yeni rekordlar gözlənilmir, çünki temperaturun tədricən azalacağı proqnozlaşdırılır.
Natiq Səlim,
KONKRET.az