“Crocus City Hall”da baş vermiş terror aktı səbəbindən Rusiya millisinin Paraqvay yığması ilə yoldaşlıq oyunu ləğv edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (RFU) mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, Rusiya Futbol İttifaqı və Paraqvay Futbol Assosiasiyası belə qərar qəbul edib. Tərəflər görüşün başqa vaxtda keçirilə biləcəyi barədə razılığa gəliblər.
Qeyd edək ki, teraktdan sonra Moskva meri Sergey Sobyanin paytaxtda keçiriləcək bütün mədəni və kütləvi tədbirlərin ləğv olunduğunu bəyan edib.
Xatirə SADİQ,
KONKRET.az