Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən böyük bir ayaqqabı anbarında güclü yanğın baş verib.
KONKRET.az xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, yanğından qalxan tüstü şəhərin bir çox nöqtəsindən, o cümlədən Moskvanın bir neçə rayonundan da görünür.
Məlumata görə, bu ərazidə bir neçə il əvvəl də ciddi yanğın olmuşdu. Hazırda əraziyə çoxsaylı yanğınsöndürən briqadalar cəlb edilib, alovun yayılmasının qarşısını almaq üçün tədbirlər görülür.
Hadisənin səbəbləri və mümkün tələfat barədə rəsmi məlumat hələ açıqlanmayıb.
Natiq Səlim,
KONKRET.az