backend

Moskvada həkimlərin səhvinə görə 2 ay əvvəl komaya düşən 22 yaşlı özbək öldü - FOTO

Özbəkistanın Rusiyadakı səfirliyinin konsulluq şöbəsi Özbəkistan Xalqlar Dostluğu Universitetinin 22 yaşlı tələbəsi, Özbəkistan vətəndaşı Ulmaşon Baxronovun öldüyünü açıqlayıb. KONKRET.az xəbər verir ki, gənc oğlan avqust ayından bəri Moskvadakı L.A.Voroxobov adına 67 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində koma vəziyyətində olub.

Səfirlik Özbəkistanın İş və Əmək Münasibətləri Nazirliyi yanında Xarici Əmək Miqrasiya Agentliyinin nümayəndəliyi ilə birlikdə mərhumun yaxınlarına konsulluq hüquqi və təşkilati məsələlərin həllində kömək edib və 14 noyabrda həmyerlinin nəşi vətəninə göndərilib. Noyabrın 15-də Səmərqənddə cənazə mərasimi keçirilib.

Qeyd edək ki, daha əvvəl bildirilirdi ki, avqustun 20-də bədəndəki qıcıqlanmaya görə Moskvadakı klinikalardan birinə çatdırılıb. Tələbənin anasının dediyinə görə, həkim onun dərman qəbul etdiyindən şübhələnib və ona haloperidol təyin edib. Enjeksiyondan sonra gəncin ürəyi dayanıb. Həkimlərin səyi nəticəsində onu müvvəqqəti geri qaytara biliblər, amma gənc yenidən komaya düşüb.

Hal-hazırda Rusiya hüquq-mühafizə orqanları həkimlərin hərəkətlərinə hüquqi qiymət vermək üçün məhkəmə istintaqı aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*