Moskvada partlayış: 1 ölü, 7 yaralı var – YENİLƏNİBbackend

Moskvada partlayış: 1 ölü, 7 yaralı var - YENİLƏNİB

Moskvadakı partlayış qurbanları haqqında yeni informasiya daxil olub.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.

Mənbə bildirir ki, Moskvanın şimal-şərqində baş verən partlayış və yanğında 7 nəfər yaralanıb, 1 nəfər ölüb.

Bundan əvvəl Proxodçikova küçəsindəki bir yaşayış binasında qaz partlaması meydana gəlib.

Sonra 150 ​​kvadrat metr sahədə yanğın baş verib.

16.03

Moskvada yaşayış binasında baş verən partlayış nəticəsində dörd nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi təcili xidmətdəki mənbəyə istinadən yazır.

Hadisə nəticəsində dörd nəfər yaralanıb, həkimlərə təhvil verilib. Bütün sakinlər təxliyə edilib” deyib.

İlkin məlumatlara görə, hadisəyə səbəb qaz partlaması olub.

Babək Göyüş                                     

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*