Moskvada Qələbə Paradı keçirildi – VİDEO-FOTOLARbackend

Moskvada Qələbə Paradı keçirildi – VİDEO-FOTOLAR

Moskvanın Qırmızı Meydanında Qələbənin 75 illiyi şərəfinə hərbi parad keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi yayıb.

14 minə yaxın hərbçilərin iştirak etdiyi paradda Azərbaycan, Ermənistan, Belarus, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Moldova, Monqolustan, Serbiya, Tacikistan, Türkmənistan və Özbəkistan hərbçiləri də iştirak edib.

Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Moldova Prezidenti İqor Dodon, Serbiya Prezidenti Aleksandar Vuçiç, Tacikistan Prezidenti Emoməli Rəhmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Moskvaya gəlib.

Tarixi T-34 tankları və özüyeriyən SU-100 aparatları mexanikləşdirilmiş kolonnanın tərkibində Qırmızı Meydandan keçib.

Paradda TOS-2 ağır sistemlərinin, ISDM uzaqdan idarə edilən döyüş maşınlarının, 57 mm-lik döyüş modulu olan Kurganets-25 BMP-nin və döyüş dronları üçün kiçik ölçülü raketləri olan modernləşdirilmiş Pantsir-S1M zenit-raket və top sistemlərinin premyeraları baş tutub.

Parad Rusiya Federasiyası Aerokosmik Qüvvələrinin 75 təyyarəsinin və helikopterlərinin uçuşu ilə başa çatıb. Aviasiya 16 qrupda Qırmızı Meydanın üstündən uçub.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*