Moskvada Qırmızı Meydan Yeni il ərəfəsində ictimaiyyət üçün bağlı olacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhər Baş İdarəsi məlumat yayıb
“Moskvalılar və paytaxt qonaqları 31 dekabr 2023-cü il saat 18:00-dan 2024-cü il yanvarın 1-i səhər saat 08:00-a qədər Qırmızı Meydana gedə bilməyəcəklər”, – xəbərdə bildirilir.
Eyni zamanda, mərkəzi administrasiyadan verilən məlumatda qeyd olunub ki, göstərilən müddət ərzində Qırmızı meydanda konkisürmə meydançası iş qrafikinə uyğun olaraq açıq olacaq.
Burhan,
KONKRET.az