Moskvadan İrəvan və Bakıya XƏBƏRDARLIQ: “Buna qarşıyıq”backend

Moskvadan İrəvan və Bakıya XƏBƏRDARLIQ: "Buna qarşıyıq"

“Moskva Ermənistan və Azərbaycan arasında münasibətlərin uzunmüddətli davamlı həllinə yol açacaq və gələcək nəsillər üçün “mina” effekti yaratmayacaq sülh müqaviləsi hazırlamasının tərəfdarıdır”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya”ya müsahibəsində deyib.

O, Azərbaycan və Ermənistanın sülh müqaviləsinin bağlanması və ikitərəfli münasibətlərin normallaşdırılması istiqamətində əldə etdiyi irəliləyişi alqışlayıb.

“Təbii ki, biz hər zaman irəliyə doğru hərəkəti asanlaşdırmağa hazırıq. Amma Qərb platformasında Avropanın təkidi ilə tələsik sülh sənədinin imzalanmasının əleyhinəyik. Tələsik və tam təsdiqlənməmiş qərarlar uzunmüddətli davamlı sülhə səbəb olmaya bilər. Əksinə, gələcək üçün bəzi qarşıdurma toxumları əkməsi mümkündür. Bundan başqa təəssüf edirəm ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin başçılıq etdiyi üçtərəfli qrupun nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması və iqtisadi əlaqələrin bərpası üzrə işi dayandırılıb. Mən ilk növbədə erməni tərəfinə bu qrup çərçivəsində işə qayıtmağı tövsiyə edirəm. Rusiya tərəflərə hər cür köməklik göstərməyə həmişə hazırdır”, – Qaluzin vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*