Moskvadan uçan ilk təyyarə İstanbula endibackend

Moskvadan uçan ilk təyyarə İstanbula endi

Uçuşların bərpa olunmasından bəri Moskvadan gələn ilk təyyarə 1 avqust şənbə günü İstanbula enib.

KONKRET.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Layner Türk Hava Yollarına aiddir. Əsasən Rusiya vətəndaşları Türkiyə şəhərinə gəlib.

Gəldikdən sonra bütün sərnişinlər istilik izləmə kameralarından keçərək temperaturları yoxlanıb. Türkiyənin ərazisinə giriş zamanı COVİD-19 testi məcburi deyil.

Rusiya avqustun 1-dən etibarən Böyük Britaniya, Türkiyə və Tanzaniya ilə uçuşları bərpa edib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*