Moskvaya böyük şok: bu ölkə Rusiya hərbi bazasından imtina etdibackend

Moskvaya böyük şok: bu ölkə Rusiya hərbi bazasından imtina etdi

Rusiya Xarici İşlər Nazirliyi Afrikada rus hərbi bazası layihəsində problemlərlə əlaqədar yeni məlumat verib.

KONKRET.az xəbər verir ki, xarici işlər nazirinin müavini Mixail Boqdanov Sudanın baza ilə bağlı məsələyə yenidən baxmaq qərarı vermədiyini bildirib.

“Sudan bu məsələyə yenidən baxmır, çünki bu layihə qəbul edilməyib. Razılaşma hər iki tərəfdən təsdiqlənməyib, danışıqlar davam edir”.

Sudan iyunun 1-də Qırmızı dənizdə Rusiya hərbi bazasının yaradılması haqqında anlaşmanı yenidən nəzərdən keçirmək istədiyini açıqlayıb. Sudan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Osman əl-Hüseyn müqavilənin ölkənin keçmiş hökuməti ilə Rusiya arasında imzalandığını xatırladıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın bu məsələ ilə məşğul olacağını söyləyib.
Sözügedən sənəd Moskva və Xartum arasında 2020-ci ildə imzalanıb. Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*