Mövlud Çavuşoğlu Gürcüstana gəldi – FOTOLARbackend

Mövlud Çavuşoğlu Gürcüstana gəldi - FOTOLAR

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Gürcüstanda rəsmi səfərdədir.

KONKRET.az xəbər verir ki, səfər Tbilisidə keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin sayca 8-ci üçtərəfli görüşü çərçivəsində baş tutub.

Tbilisi Beynəlxalq Hava limanında türkiyəli naziri Gürcüstanın Xarici İşlər nazirinin müavini Laşa Darsalia, Gürcüstanın Türkiyədəki səfiri Giorgi Cancğava və Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan qarşılayıb.

Gürcüstana səfəri çərçivəsində M.Çavuşoğlunun üçtərəfli görüşlə yanaşı azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə birlikdə Gürcüstanın Baş Naziri Giorgi Qaxariya ilə görüşü də planlaşdırılıb. Görüşdə üçtərəfli əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi bildirilib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*