Mövlud Çavuşoğlu Lavrovun dəvəti ilə Rusiyaya səfər edəcəkbackend

Mövlud Çavuşoğlu Lavrovun dəvəti ilə Rusiyaya səfər edəcək

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu dekabrın 29-da Soçiyə səfər edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə çıxışı zamanı bildirib.

“Dekabrın 29-da Türkiyənin xarici işlər naziri Rusiya XİN rəhbəri Sergey Lavrovun dəvəti ilə bizim ölkəmizə, Soçi şəhərinə işgüzar səfər edəcək”, – deyə M.Zaxarova bildirib.

Onun sözlərinə görə, M. Çavuşoğlu Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərən Birgə Strateji Planlaşdırma Qrupunun 8-ci iclasında iştirak etmək üçün Soçiyə gələcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*