Mövlud Süleymanlı reanimasiyaya yerləşdirildibackend

Mövlud Süleymanlı reanimasiyaya yerləşdirildi

Xalq yazıçısı Mövlud Süleymanlı insult keçirib. Hazırda vəziyyəti stabildir.

Bu barədə KONKRET.az-a Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

Onun sözlərinə görə, yazıçının beyninə qan sızıb. Hazırda M. Süleymanlı reanimasiyadadır və müalicəsi davam etdirilir.

Qeyd edək ki, M. Süleymanlı 1943-cü ildə anadan olub. Ötən il Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib. Xalq yazıçısı “Köç”, “Ceviz qurdu”, “Səs” və digər romanları ilə tanınır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*