Mozambikdə 64 mühacir yük maşınının içində boğuldubackend

Mozambikdə 64 mühacir yük maşınının içində boğuldu

Mozambikdə ən azı 64 qanunsuz miqrantın bir yük maşınının konteynerində ölü olduğu aşkarlanıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Mənbə bildirir ki, Efiopiyadan qeyri-qanuni mühacirlərin olduğu yük maşını Malavidən Cənubi Afrikaya yola düşüb.

Tete əyalətinin Moatis şəhərində nəzarət üçün dayandırılıb.

Yük maşınında 14 nəfərin sağ qaldığı deyilir.

Onlara COVID-19 koronavirus testləri də daxil olmaqla köməklik göstərilir.

Mozambikin Milli Miqrasiya Xidmətinin nümayəndəsi bildirib ki, sürücü əvvəlcə yük maşınını dayandırmaq istəməyib. Eyni zamanda, hüquq-mühafizə orqanlarının əməkdaşları yük maşınından səs-küy eşidiblər və miqrantların içəridə olacağından şübhələniblər.

Xatırladaq ki, 23 oktyabr 2019-cu ildə İngiltərədə içərisində 39 cəsəd olan yük maşını tapılıb. Onların hamısı Vyetnam vətəndaşı olub.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*