Barbarıstanı gözləyən fəlakət və qalıcı kataklizmlərin real əlamətləri ən yaxın gələcəkdə daha aydın şəkildə görülməyə başlayacaq… Azərbaycan ordusu cəmisi 44 gün ərzində Ermənistana hətta 44 ilə bərpa olunmayacaq səviyyədə ziyan vurub…
Azərbaycan vətəndaşları savaş meydanında qazanılmış parlaq hərbi zəfərdən məst olmuş durumdadırlar. Cəmisi bir neçə ay əvvəl məyus üz ifadəsi ilə diqqəti çəkən vətəndaşlarımızın indi üzləri gülür. Hər kəs məmnundur, gələcəyə daha böyük ümidlərlə və əminliklə baxır.
Vətəndaşımız tamamilə haqlıdır. Bu gün sevinməyə də, gələcəyə yönəlik daha böyük planlar qurmağa da tamamilə haqqı çatır. Çünki indiyə qədər yalnız iqtisadi uğurlarımızla, sosial rifahımızın yüksəliş mərhələsində olmasıyla öyünə bilirdi.
Ancaq indi yenilməz güclü dövlətinin, müzəffər qalib ordusunun olmasıyla rahatlıqla öyünə bilir. Artıq əmindir ki, savaşın mütləq qalibidir. Qalib xalqın nümayəndəsidir. Və bu fəxarəti yaşamaq dünyada heç də hər xalqa nəsib olmur.
Bəli, inkaredilməz bir reallıqdır ki, Azərbaycan dövləti, xalqı və düşmənin içinə qorxu salan möhtəşəm ordusu tarixi dəyişdi və onu yeni səhifədən yazdı. Barbarların son 30 il ərzində uydurduğu, başqalarının himayəsi hesabına formalaşdırdığı regional yalan dünyasını qısa bir müddətdə, həm də bir zərbə ilə dağıtdı. Hər şeyi və hər kəsi öz yerinə oturdu.
Ən əsasısa, düşmənə – barbar ermənilərə onlara aid və layiq olduqları “dünya”nı göstərdi. Onları əsl realıqda sahib olduqları “dünya”nın içərsinə salıb, qapıları qapatdı. Və indi öz içlərində əsl barbarlar kimi bir-biriylə boğuşmaq məcburiyyətində qalıblar.
Hələ bu, başlanğıcdır. Barbarlar hələ uzun müddət bir-biriylə boğuşacaqlar. Çünki “yalan dünya”larını dağıtmışıq, əllərində gələcəyə ümid verəcək heç nə qalmayıb.
Yalnız savaş meydanında biabirçı məğlubiyyətlə üzləşməyiblər. Həm də başqalarının bədbəxtlikləri üzərində qurmağa çalışdıqları “xoşbəxtlik” ümidləri də puç olub. Gələcəyə deyil, keçmişə istiqamət almaq məcburiyyətində qalıblar.
Barbar xislətləri bütün iyrəncliyi ilə üzə çıxmağa başlayıb. Hətta vaxtilə Azərbaycan torpaqlarında Rusiya İmperiyasının bunlar üçün qurub, hədiyyə etdiyi yarım-yamalaq dövlətlərini də elə özləri dağıtmağa başlayıblar.
Barbarıstanda baş verənlərə diqqət edəndə bu, açıq-aydın nəzərə çarpır. Ötən əsrin 90-cı illərində keçmiş SSRİ dağılarkən mövcud olan situasiyaya geri dönüblər.
Aqressiv küçə mitinqlərinə başlayıblar. Qarşılarına çıxan hər şeyi barbarcasına dağıdırlar. Hətta öz dövlətlərinin əsas idarəçilik binalarına belə, basqın edirlər. Parlamentin iclas zalını tanınmaz hala salırlar. Parlamentin spikeri Ararat Mirzoyanı maşından düşürüb, ailəsinin azyaşı uşaqlarının gözü qarşısında linç, qanına qəltan ediblər.
Hər yerdə cəmisi iki il əvvəl çiyinlərdə hakimiyyətə gətirdikləri barbar fürerlərini axtarırlar. Tapdıqları an parçalayacaqlarını bildirirlər. Əsl barbarlıqdır. Bunun başqa adı yoxdur. Çünki bu başı pozuq barbar sürüsünü dayandıracaq nüfuzlu siyasi xadimləri də mövcud deyil.
Tarixi Azərbaycan torpağı olan, rusların sayəsində barbarların paytaxtına çevrilən İrəvanın küçə və meydanlarında əsl “terror küləyi” əsir. Vətəndaş müharibəsinin astanasındadırlar.
İki qonşu ölkə arasındakı tarixi fərqə diqqət edin! Azərbaycanda maşınların şüşələrinə dövlət bayraqarı yapışdırılıb. Dövlətə bağlılıq, sədaqət ifadə olunur…
Barbarıstanda isə maşınların şüşəsini dünyaca ünlü terror təşkilatı olan ASALA-nın “emblem”ləri, “simvol”ları bəzəyir. Bacardıqları da zatən bundan ibarətdir. Bu barbarlar vaxtilə parlamentin iclas zalına girib, spiker də daxil olmaqla, rəyasət heyətində olan şəxslərin hamısını gülləbaran edən toplumdur.
Bir savaş meydanında üzləşdikləri biabırçı məğlubiyyət barbarlar ölkəsini dərin daxili siyasi böhrana sürükləyir. Gələcəyə ümid edə biləcəkləri demək olar ki, heç bir səbəb qalmayıb.
Barbarların füreri Nikol Paşinyan qaçıb, gizlənib. Harada olduğu hələ də məlum deyil. Öz kabinetinə qayıdıb, ölkəni idarə etmək imkanlarını tamamilə itirib.
Küçə və meydanları öz hayqırtıları ilə titrədən barbar kütlə N.Paşinyanı xəyanətdə suçlayır və onun dərhal istefa verməsini tələb edir.
Savaş meydanındakı biabırçı məğlubiyyətdən sonra Barbarıstanda sözün əsl mənasında, başıpozuqluq və hakimiyyət boşluğu yaranıb. Artıq ölkənin yüksək vəzifəli şəxslərinin müxtəlif yollarla qaçmağa başladığı barədə məlumatlar yayılmağa başlayıb.
Həmin məlumatlara görə, bir çox yüksək çinli məmur öz varidatlarını gizli şəkildə ölkədən çıxardıb, özlərinə təhlükəsiz məkan axtarışındadırlar. Belə anlaşılır ki, əgər vaxtilə Barbarıstanı yalnız aclıq və səfalətdən xilas olmaq üçün tərk edirdilərsə, indi artıq onların sırasına həyatda qalmaq istəyən zəngin məmurlar da qatılıb.
Amma barbarlar ölkəsinin problemləri yalnız bunlarla bitmir. Barbarıstanı gözləyən fəlakət və qalıcı kataklizmlərin əlamətləri yaxın gələcəkdə daha aydın şəkildə görülməyə başlayacaq.
Belə ki, bu ölkədə demoqrafik böhran daha da dərinləşib. Minlərlə erməni gəncinin işğal edilmiş ərazilərdə ölməsi, şikəst olması, xarici ölkələrə miqrasiya axınının daha da artması qarşıdakı illərdə Barbarıstanda əhalinin təbii artımını kəskin aşağı salacaq. Bu ölkənin insan resurslarını bərpa etməsi üçün onilliklər lazım olacaq.
Digər tərəfdən, onsuz da yox səviyyəsində olan Barbarıstan iqtisadiyyatının savaş nəticəsində tamamilə çökdüyü artıq qətiyyən şübhə doğurmur. Bu ölkənin xarici borcu artıb, əhalinin sosial təminatı ilə bağlı fəlakətli durum yaranıb. Xaricdən barbar lobbisi tərəfindən göndərilən vəsaitlərin və yardımın mənimsənilməsi, əhaliyə və orduya çatmaması hazırda yerli mətbuatın əsas müzakirə mövzudur.
Daha bir önəmli məqam isə Ermənistan ordusu darmadağın olması, hərbi texnikasının tamamilə məhv edilməsi ilə bağlıdır. Belə ki, ordunun canlı qüvvə komplektləşdirilməsində böhranlı situasiya mövcuddur.
Ermənistanda az-çox normal ordu yaratmaq və onu təchiz etmək üçün yəqin ki, onilliklər lazım olacaq. Çünki ordu olduqca bahalı dövlət alətidir. Onun hərbi texnika ilə təchiz olunması üçün onmilyardlarla dollar vəsait lazımdır.
İndiki şəraitdəsə, Ermənistanın belə bir dövlət alətini yenidən bərpa etmək üçün elə bir ciddi maliyyə-iqtisadi resursu mövcud deyil. Bu isə o deməkdir ki, Azərbaycan ordusu cəmisi 44 gün ərzində Ermənistana hətta 44 ilə bərpa olunmayacaq səviyyədə ziyan vurub.
Bütün bunlar onu göstərir ki, hazırda Ermənistanın ümumiyyətlə, mövcudluğu ciddi təhlükə altındadır. Ölkə iğtişaşlar məkanına çevrilib, hakimiyyət böhranı ən ciddi səviyyədədir, iqtisdadiyyat dəfn olunub, vətəndaş müharibəsi ehtimalı isə artır.
Eçin Xalidbəyli