Müavinət və təqaüdlər artırılacaq – Bu tarixdəbackend

Müavinət və təqaüdlər artırılacaq - Bu tarixdə

“Pensiya müavinətdən həmişə yüksək olub. Çünki vətəndaş vaxtilə işləyib gəlirlərindən sığorta haqqı ödəyir və gələcəkdə də həmin sığorta haqqının müqabilində pensiya ilə təmin olunur. Əgər Dövlət Sosial Müdafiə Fonduna heç bir töhfə verməyib, yəni sığorta haqqı ödəməyib və yaxud da az müddət ərzində işləyibsə, həmin şəxslərin pensiya hüququ yaranmadıqda, onlara sosial yardım məqsədilə müavinət verilir”.

KONKRET.az xəbər verir ki, bunu İTV-yə açıqlamasında DSMF-nin Pensiya təminatı departamentinin müdiri Eyvaz İsmayılov bildirib.

Onun sözlərinə görə, ölkə prezidentinin sərəncamına əsasən müavinətlərin məbləğinə yenidən baxılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib:

“Üç ay müddət verilib. Artıq üç ay tamam oldu. Yəqin ki, aprel ayından həmin məbləğə yenidən baxılıb, müavinətlər və təqaüdlərin də artırılması gözlənilir”.

  • Fariz
    Aprel 6, 2025 - 20:05

    Xais edirem qaldrun vetran pulun bizim olkeye yarasmir bu

  • Emil
    Aprel 7, 2025 - 18:53

    Nə vaxtdan? Bprc xərciniçində boğulandan sonra baxılacaq? Yəni toxun acdan nə xəbəri… 3 ay bitib, kimlər nəyi gözləyir axı? Vallah heç kim dinmir danışmır, lakin bu əzazil hakimiyyət yenə də susqunluqla xalqı yola verə verə güdirlər. Utanc verici həyat yaşayırıq. Son aylarda insanlar toy büsata getməyə də yəni borcu qaytarmağa da imkan tapmırlar.

  • Emil
    Aprel 7, 2025 - 18:55

    Cəhənnəmə dərc edin. Bütün sahələri doldurmuşdum, sizə də ayıb olsun. O boyda məqalə əziyyət çək yaz. Əvəzində verdiyiniz cavaba bir bax. Minnətiniz olsun elə. Vijdansızlar

  • Rahib
    Aprel 7, 2025 - 18:55

    Cəhənnəmə dərc edin

  • Emil
    Aprel 7, 2025 - 18:57

    Nə vaxtdan? Borc xərcin içində boğulandan sonra baxılacaq? Yəni toxun acdan nə xəbəri… 3 ay bitib, kimlər nəyi gözləyir axı? Vallah heç kim dinmir danışmır, lakin bu əzazil hakimiyyət yenə də susqunluqla xalqı yola verə verə güdirlər. Utanc verici həyat yaşayırıq. Son aylarda insanlar toy büsata getməyə də yəni borcu qaytarmağa da imkan tapmırlar.

  • Emil
    Aprel 7, 2025 - 18:58

    Nə vaxtdan? Borc xərcin içində boğulandan sonra baxılacaq? Yəni toxun acdan nə xəbəri… 3 ay bitib, kimlər nəyi gözləyir axı? Vallah heç kim dinmir danışmır, lakin bu əzazil hakimiyyət yenə də susqunluqla xalqı yola verə verə güdirlər. Utanc verici həyat yaşayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*