Mübariz Qurbanlı və oğlanlarının şok korrupsiya əməli: Dövlətə milyonlarla ziyan vurulub – VİDEObackend

Mübariz Qurbanlı və oğlanlarının şok korrupsiya əməli: Dövlətə milyonlarla ziyan vurulub – VİDEO

Dövlət təşkilatına rəhbərlik edən ata, dövlətin pulunu öz oğlunun şirkətinə ötürə bilər ya yox?

KONKRET.az xəbər verir ki, bu suala tanınmış videoblogger Mehman Hüseynov öz Youtube kanalında cavab verməyə çalışıb. Bloggerin sözlərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 2014-cü il iyul ayının 21-dən bu dövlət orqanına rəhbərlik edir. 2015-ci ildə onun rəhbəri olduğu Komitə “Phoenıx group” şirkəti ilə müqavilə bağlayıb: “Bu şirkət 2014-cü ilin dekabr ayında yaradılıb və Mübariz Qurbanlının böyük oğlu Orxan Qurbanlıya məxsusdur. Dövlət Komitəsi 2015-ci ilin avqust ayında adıçəkilən şirkətlə avadanlığın və digər maddi aktivlərin alınması üçün 65 min (65 024) manat məbləğində müqavilə imzalayıb. Digər müqaviləyə əsasən isə Komitə “Phoenıx group” şirkətinə 88 min (88 378) manat ödəyib. Burada da dövlətin pulunu ata öz oğluna verib”.

Mehman Hüseynov əlavə edib ki, “dövlət satınalmaları haqda qanun”un müvafiq maddəsinə görə, satınalmalarda iştirak edənlərin qohumluq və digər əlaqələri olmamalıdır: “Beləcə 150 min dollarlıq tender Mübariz Qurbanlının oğlunun şirkətinə çatıb. Beləliklə Mübariz Qurbanlının böyük oğlu Orxan Qurbanlı sözügedən bu şirkətlərə, SOCAR-ın vitse-prezidentlərindən birinin müşaviri olan kiçik oğlu Mustafa Qurbanlı isə iki şirkətə – “Studio 5” MMC və “Seles” MMC –yə rəhbərlik edir. Mübariz Qurbanlının dövründə isə, büdcədən onun rəhbərlik etdiyi quruma milyonlarla manat vəsait ayrılıb. Bu pullar isə saxta şirkətlərə verilib. Komitə ilə əməkdaşlıq edən bu şirkətlərin həmin pulları hara xərclədiyi məlum olmasa da, sonradan onların dövlət büdcəsinə böyük məbləğdə borcları qalıb”.

KONKRET.az

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*