Müdafiə naziri Zakir Həsənov hədəfdə: Ermənilər niyə narahat oldular?backend

Müdafiə naziri Zakir Həsənov hədəfdə: Ermənilər niyə narahat oldular?

Ermənistanın əksər populyar informasiya saytları Azərbaycanın müdafiə naziri Zakir Həsənovu hədəfə alıb. Onun Ermənistanın Baş naziri Nikol Paşinyanın sərsəm bəyanatları ilə bağlı açıqlaması erməni ictimaiyyətində ajiotaj doğurub.

Madüfiə nazirinin Nikol Paşinyanın “Qarabağ Ermənistanındır və nöqtə” açıqlamasına münasibətini erməni saytları “həvəslə” yer veriblər: “Biz sözümüzü döyüş meydanında deyəcəyik və biz bunu arzulayırıq. Bu, yaxın vaxtda olacaq. Görəcəyik ki, o öz sözünün üstündə dura biləcək, ya yox?! Hesab edirəm ki, bizim Xarici İşlər Nazirliyi onlara layiqli cavab verib. Heç Ermənistan rəsmi dövlət kimi Qarabağı tanımayıb. Boş-boş danışmaq onlara qalacaq”.

Zakir Həsənovun 2016-cı ildə Azərbaycan ordusunun kiçik bir hissəsinin Ermənistan ordusunu 3 gün ərzində darmadağın etməsi ilə bağlı açıqlaması isə sosial şəbəkələrdə geniş müzakirə edilib.

Bəzi ermənilər Azərbaycanın güclü ordusundan, bəziləri isə müdafiə nazirinin açıqlamasından qorxmadıqlarını bildiriblər. Erməni jurnalisti Konstantin Kazaryan nazirin “Məcbur olub səfərbərlik elan etdilər. Səfərbərlik nə zaman elan olunur?! Ordunun gücü tükənəndə… Qocaları yığır, toy-bayramla göndərir. Nə oldu? Qaçdılar dərhal öz “yiyə”lərinin yanına ki, “qoymayın qırırlar”,- sözlərinə cavab olaraq ironiya ilə bildirib ki, “Həsanov və Dərgahli Pictures” kinostudiyası  yenidən döyüş kinolarını istehsal edir.

Görünən odur ki, ermənilər Zakir Həsənovun açıqlamalrından ciddi narahat olublar.

Hazırladı: Fadil PAŞAYEV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*