Rusiya müdafiə naziri Sergey Şoyqunun qızı Kseniya Şoyqu bloqqer Aleksey Stolyarovdan ayrılmasından danışıb.
KONKRET.az xəbər verir ki, o, bu barədə Moskva yaxınlığındakı Alabinoda keçirilən “Qəhrəmanların yarışı” müsabiqəsində bildirib. Eyni yarışlarda cütlük 2019-cu ildə tanış olub. Dörd il sonra onların hekayəsi bitib:
“Biz uzun müddətdir ki, cütlük deyilik, lakin eyni zamanda tərəfdaş və yaxın dost olaraq qalırıq”.
Stolyarov Kseniyanın fikri ilə razılaşıb və qeyd edib ki, onlar bir neçə ay əvvəl ayrılmağa qərar veriblər. Alekseyin fikrincə, ən başlıcası, valideynləri qızları ilə vaxt keçirə bilirlər.
Rəsmiyyə Şərifova,
KONKRET.az