Müdafiə Nazirliyi məlumat yaydı – VİDEObackend

Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO

Hərbi qulluqçuların sürücülük və atəş hazırlığı üzrə bacarıqları qiymətləndirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi üzrə keçirilən sınaq imtahanları davam edir.

Sınaq imtahanlarının növbəti günündə hərbi qulluqçuların sürücülük və atəş hazırlığı üzrə praktiki tapşırıqların yerinə yetirilməsi üzrə bacarıqları qiymətləndirilib.

Hərbi qulluqçular zirehli döyüş texnikasının idarə olunması, şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları yerinə yetiriblər.

  • Elnur
    Yanvar 14, 2024 - 14:57

    Doğru addımdır.Ordu təlimləri ordunun peşəkarlığının artmasına səbəb olur.

  • Qüdrət
    Yanvar 14, 2024 - 22:17

    İHA və SİHA sahəsində də yüksək səviyyədə təlimlər keçirilməsi gərəklidir. Bir də əlbəyaxa və təkbətək vuruşmaq üçün təlimlər keçirilsə ordumuzun qabağına çıxacaq 2-ci bir ordu ola bilməz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*