Müdafiə Sənayesi Nazirliyinə məxsus “Təhlükəsizlik və mühafizə idarəsi” MMC-nin direktoru dəyişib.
KONKRET.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, sözügedən vəzifəyə Xüsusi Dövlət Mühafizə Xidmətində çalışmış Simran Kamal oğlu Əfəndiyev gətirilib.
Qeyd edək ki, ötən ilin iyul ayında “Təhlükəsizlik və mühafizə idarəsi” MMC-yə polkovnik-leytenant Firdovsi İbrahim oğlu Cəfərov təyin edilmişdi.