“Müdafiə xətti ləğv olunur, Azərbaycan Ordusu şimaldan girir” – Qarnik Danielyanbackend

"Müdafiə xətti ləğv olunur, Azərbaycan Ordusu şimaldan girir" - Qarnik Danielyan

“İlk mərhələdə 4, daha sonra isə Tavuş ərazisində olan 3 kənd və Kərki Azərbaycana veriləcək”. 

KONKRET.az xəbər verir ki, bu iddia ilə erməni deputat, “Ermənistan” fraksiyasının üzvü Qarnik Danielyan çıxış edib.

O bildirib ki, Ermənistan tərəfi Azərbaycanın tələblərini təmin etmək və tədricən müəyyən əraziləri geri qaytarmaq niyyətindədir:

“Birinci mərhələdə 4 kəndi, sonra isə qalanını – Tavuş vilayətindəki 3 kəndi və Kərkini təhvil verəcəklər. Nəticədə Lori vilayəti sərhəd bölgəsinə çevriləcək”.

Danielyan əlavə edib ki, Tavuşdakı kəndlərin verilməsi nəticəsində Ermənistanın şimal müdafiə xətti tamamilə ləğv olunacaq:

“Digər tərəfdən, Ermənistana daxil olan qaz kəməri bu ərazidən keçir. Beləliklə, Rusiyadan gələn qaz xətti Azərbaycanın nəzarətində olacaq. Nəticədə Ermənistan unikal anklava çevriləcək”, – Qarnik Danielyan vurğulayıb.//Globalinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*