Müddəti bitən sürücülük vəsiqələrinin vaxtı daha üç il uzadılacaq – Rusiyadabackend

Müddəti bitən sürücülük vəsiqələrinin vaxtı daha üç il uzadılacaq - Rusiyada

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin rəsmi saytında verilən məlumata görə, 2024 və 2025-ci illərdə müddəti bitən sürücülük vəsiqələrinin vaxtı daha üç il uzadılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.

“Bu yenilik həm şəxsi məqsədləri üçün nəqliyyat vasitələrini idarə edən sürücülərə, həm də iş və biznes fəaliyyətini həyata keçirən nəqliyyat vasitələrini idarə edənlərə təsir edəcək”.

Avtomobil eksperti Vladimir Sajin bundan əvvəl sürücülük vəsiqəsinin 20 il uzadılması təklifini tənqid etmişdi. Ekspert qeyd edib ki, o, təşəbbüsün əsasında duran mexanizmi başa düşmür. Mütəxəssis əlavə edib ki, belə ideyalar həyata keçirilə bilməz.

Qeyd edək ki, Rusiyada 2024-cü ilin aprelindən sürücülük vəsiqəsi imtahanından keçmək üçün yeni qaydalar qüvvəyə minəcək. Yeni sərəncama əsasən, sürücülük vəsiqəsi üzrə imtahandan uğursuz hesab edilən cərimə ballarının məbləği 5-dən 7-yə qaldırılacaq. Həmçinin, ordudan yayınan şəxslərə sürücülük vəsiqəsi verilməyəcək.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*