Müəllim köməkçisi üç şagird oğlanla ilə cinsi əlaqədə olub  backend

Müəllim köməkçisi üç şagird oğlanla ilə cinsi əlaqədə olub  

ABŞ-da bir lisey müəlliminin qadın köməkçisi yetkinlik yaşına çatmayan üş oğlan şagirdlə cinsi əlaqədə olmaqda günahlandırılır.

KONKRET.az xəbər verir ki,  bu barədə məlumatı “Texarkana Gazette” nəşri yayıb.

24 yaşlı Eşlin Faye Bell 150 min dollar girov müqabilində saxlanılır. Keçən il bir qadın yetkinlik yaşına çatmayan oğlanlarla cinsi əlaqəyə girdiyinə görə tutulub. Onların 16 və 17 yaşları olub. Görüş Snapchat sosial şəbəkəsi vasitəsilə həyata keçirilib.

Nəşrin yazdığına görə, Bell avqust-may aylarında Texas məktəbində müəllimin köməkçisi vəzifəsində çalışıb və noyabr ayında məktəbdən kənarda gənclərlə sosial media vasitəsilə ünsiyyətə başlayıb.

Nəticədə yetkinlik yaşına çatmayanlar ilə ünsiyyət onun evində davam edib.

Qadının ilk əlaqəsi Texas ştatının Nyu-Boston şəhərində evinə apardığı 17 yaşlı şagirdlərdən biri ilə baş verib. Bell kiçik uşağını yatağa qoyandan sonra yeniyetmə ilə cinsi əlaqədə olub.

17 yaşındakı ikinci oğlan da müstəntiqlərə, Bellin evində bir neçə dəfə olduğunu və burada da cinsi əlaqəyə girdiyini söyləyib.

Yeniyetmə qeyd edib ki, sonra təhsil müəssisəsinin əməkdaşı onu maşınla evinə aparıb.

Üçüncü qurban, 16 yaşındakı bir gənc, bir pley-off oyunundan sonra müəllimin köməkçisinin evini ziyarət etdiyini bildirib.

Müstəntiqlərə deyib ki, bundan sonra qadın onu səhərə yaxın evinə aparıb və gələn həftənin sonu yenidən cinsi əlaqə üçün götürəcəyini vəd edib.

Bell hər əməlinə görə 20 ilə qədər həbs cəzası ilə üzləşir.

Babək Göyüş

KONKRET.az                                                                                         

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*