Müəllimlərin işə qəbulu, yerdəyişməsi, qarşılıqlı yerdəyişməsi, sertifikatlaşdırılması, direktorların işə qəbulu və imtahan sistemlərinə texniki dəstək və operatorluq xidmətlərinə, habelə təkmilləşdirməyə 346 136 AZN sərf ediləcək.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, bu xidmətləri “All İn One Technologies” QSC həyata keçirəcək.
Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi və QSC arasında müvafiq müqavilə bağlanıb.