Müəllimlərə qadağa qoydu, özü əməl etmədi – VİDEObackend

Müəllimlərə qadağa qoydu, özü əməl etmədi - VİDEO

Xəbər verdiyimiz kimi, 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun səsyazısı yayılıb.

KONKRET.az xəbər verir ki, səsyazısı ictimailəşən direktor bu gün işdən azad olunub.

Maraqlısı isə budur ki, sözügedən məktəbin giriş qapısında 8 Mart üçün müəllimlərə dəyərli hədiyyələrin verilməsinin qadağan olduğunu bildirən elan yazılıbmış.

Üstəlik, elə direktor Lamiyə İlhamsoyun möhür və imzası ilə.

Məsələnin təzadlı tərəfi isə budur ki, direktor müəllimlərə qoyduğu qadağaya özü əməl etməyib.

Yayılan səsyazıdan aydın olduğu kimi, L. İlhamsoy ona yığılan pullardan narazılığını dönə-dönə dilə gətirərək və pedaqoji heyəti təhqir edib.//Qafqazinfo

Ətraflı: “Xəzər Xəbər”in videomaterialında:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*