“Müəllimlərin sertifikasiyaya hazırlaşmağı qəbuledilməzdir”backend

"Müəllimlərin sertifikasiyaya hazırlaşmağı qəbuledilməzdir"

İyunun 8-də təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi təşkil olunub. Müəllimlərin bir qismi imtahanın asan olduğunu qeyd etdiyi halda, digərləri sualların çətin olduğunu dilə gətirir.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil üzrə mütəxəssis Elşən Qafarovun sözlərinə görə, 1 il ərzində müəllimlərin kifayət qədər yenidən imtahana hazırlaşmağa vaxtı var idi:

img

“Ümumiyyətlə, qayda belədir: nəyi bilirsənsə, asan, nəyi bilmirsənsə, çətindir. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi sertifikasiya prosesində sualların tərtibinə, imtahanın keçirilməsinə humanist yanaşır. Məqsəd müəllimləri bu prosesə psixoloji cəhətdən hazırlamaqdır.

Keçən il Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikatlaşdırılması prosesi baş tutub. Həmin imtahanda 1-ci mərhələdə iştirak edə bilməyən təqribən 8 mindən yuxarı müəllim iyunun 8-də yenidən sertifikatlaşmadan keçdi.

Bir il ərzində müəllimlərin kifayət qədər vaxtı var idi ki, yenidən imtahana hazırlaşsınlar. Əslində təhsil mütəxəssisi olaraq müəllimin sertifikasiyaya hazırlaşmasını qəbul edə bilmirəm. Çünki sertifikasiya hansısa işə qəbul, bilik yarışı deyil”.

Həmsöhbətimiz sertifikasiya imtahanının müəllimin peşəkarlıq səviyyəsini yoxlayan bir proses olduğunu bildirib:

“Ona görə də müəllim buna niyə hazırlaşmalıdır? Amma görünən mənzərə bəllidir. Həmçinin 51-dən yuxarı bal toplamaq üçün hazırlaşanların sayı da kifayət qədərdir.

Müəllimlər əməkhaqlarına 35%  artımı da əldə etmək istəyirlər. Ona görə də bu imtahana daha ciddi yanaşırlar. Təbii ki, sertifikasiyadan kəsilənlər olacaq. 1-ci gündən etibarən apellyasiya ilə bağlı müraciətlər dinləniləcək. Daha sonra yekun olaraq nəticələr elan olunacaq. Yekun nəticələrdən sonra biləcəyik ki, 2-ci dəfə şans verilən müəllimlərin neçəsi bu şansdan yararlana bilməyib, neçəsi uğur qazanıb. Müəllimin bu prosesdən şikayət etməsi, sualların çətin olduğunu dilə gətirməsi absurddur. Azərbaycan Respublikasında təhsil şagird yönümlüdür.

Birmənalı olaraq bilməliyik ki, tədris etdiyi fənn üzrə elementar biliyi olmayan şəxsin müəllim işləməyə nəinki hüquqi əsası, heç mənəvi haqqı da yoxdur”, – deyə ekspert fikrini tamamlayıb.

  • Xasay
    İyun 11, 2024 - 02:52

    Seltfikasya çox əla bir şeydir,ona görə ki,bizim uşaqların canı savadsız müəllimilərin əlindən qurtulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*