“Arşak Karapetyan müdafiə naziri olarkən mənə azərbaycanlıların təmas xəttində mövqe tutması barədə məruzə etmədi”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan martın 12-də keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu hadisə 2021-ci il noyabrın 14-də səhər saatlarında baş verib. A.Karapetyan ona sərhəddə sakitliyin olduğunu deyib, həmin vaxt isə Azərbaycan qoşunları iki ölkənin sərhədində mövqelər tutublar:
“Görünür, ya xəbəri olmayıb, ya da xəbəri olsa da, mənə deməyib”.
Xatirə SADİQ,
KONKRET.az