Müflis olmuş banklardakı əmanətlərin sahiblərinə ŞAD XƏBƏRbackend

Müflis olmuş banklardakı əmanətlərin sahiblərinə ŞAD XƏBƏR

“Gələn aydan etibarən müflis elan olunan banklarda 10 min dollar və ya 17 min manatdan çox olmayan sığortalanmayan əmanətləri olan vətəndaşlar pullarını geri ala biləcəklər”.

KONKRET.AZ bildirir ki, bu barədə iqtisadçı Vüqar Bayramov məlumat verib.

İqtisadçı qeyd edib ki, müfis olan bankda vətəndaşların qorunmayan əmanəti olubsa və onun məbləği 10 min dollardan çox deyilsə, o zaman həmin vəsait qaytarılacaq:

“Belə ki, Əmanətləri Sığortalaması Fondu Bakı Apellyasiya Məhkəməsinə müraciət edib və ödənişə icazə verilməsini istəyib.

Qanunvericiliyə əsasən, ödəniş məsələsində 7-ci növbədə olan qorunmayan əmanət sahiblərinin 1-ci növbəyə keçirilməsinə icazə verilib”.

Onun sözlərinə görə, indiyədək qorunan əmanətlər ödənilirdi:

“İlkin qiymətləndirmələrə görə, 52 min əmanətçinin qorunmayan əmanəti geri qaytarılacaq.

Bu vaxtadək müflişləsən banklarda qorunan əmanətlərin qaytarılması həyata keçirilirdi və sığortalanmayan depozitlər ödənilmirdi.

Halbuki bank həmin vəsaitdən istifadə edib gəlir əldə etmişdi. Amma vətəndaş pulu geri ala bimiridi.

Yeni razilaşmaya əsasən, müflis elan olunan banklarda ümumi məbləği 10 min dollardan çox olmayan qorunmayan depozitləri Əmanətləri Sığortalaması Fondu tərəfindən geri qaytarılacaq.

Bu o deməkdir ki, əgər sizin müflis elan olunan banklarda 10 min dollardan az qorunmayan əmanətiniz olubsa, o zaman gələn aydan onu əldə etmək imkanınız olacaq”.

Qeyd edək ki, ekspertin təmsil etdiyi qurum CESD differensial olaraq qorunmayan əmanətlərin 10 min dollarının və ya 17 min manatının qaytarılmasını təklif edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*