Müğənni Dəniz Əsədovaya yeni hökm oxundu – SƏBƏBbackend

Müğənni Dəniz Əsədovaya yeni hökm oxundu – SƏBƏB

Həbsdə olan müğənni Dəniz Əsədova ilə bağlı Binəqədi Rayon Məhkəməsinə yeni şikayət daxil olub. Bu dəfə klinikalardan birində çalışan həkim ifaçını təhqir və böhtan atmaqda ittiham edib.

KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, şikayət Cinayət Məcəlləsinin 147-2 və 148-ci maddələri üzrə təqdim olunub.

Müğənninin üzərində əvvəlki hökmlər də toplanaraq qəti olaraq 8 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, D.Əsədova vəkil Asim Abbasovu təhqir etdiyi və böhtan atdığı üçün həbs olunub. Bir müddət əvvəl ona 6 ay hökm oxunmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*