Müğənni: Həkimlər dedi ki, yaşamaq şansı azdırbackend

Müğənni: Həkimlər dedi ki, yaşamaq şansı azdır

“Həkimlər dedilər ki, ananı süni nəfəs apartından ayrılmalıyıq”.

KONKRET.az olay-a istinadla xəbər verir ki, bunu pandemiya dövrünü xatırlayan Əməkdar artist Nigar Şabanova “Qonaqcanlı” verilişində deyib.

O, anasının COVID-ə yoluxduğu dövrdə həkimlərin qoyduğu diaqanozla yaşamaq şansının az olduğunu deyiblər:

“Heç bir xəstəxana anamı o vəziyyətdə qəbul etmirdi. Deyirdilər ki, ananız aparatdan ayrılmalıdır. Varım-yoxum, nəyim var idisə dedim ki, anam üçün hər şey edəcəyəm. Mən edim, əlimdə olan hər şeyi itirim, amma sabah özümü günahlandırmayım ki, kaş bunu anam üçün edərdim.

Allaha qurban olum! O mənim əziyyətimi yerdə qoymadı. Anam üçün hər şey etdim. Əlimdə olan hər şeyi verdim. Anam Akifə xanım yaşayır. Düzdür, müəyyən sıxıntıları var. Gəzə bilmir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*