Xalq artisti Röya Ayxanın başına iş gəlib.
KONKRET.az axşam.az-a istinadən xəbər verir ki, müğənni yıxılıb və ayağı zədələnib. O bildirib ki, həkim hündürdaban geyinməyi ona qadağan edib:
“Yıxılmışam, ayağımı möhkəm əzmişəm. Həkimlər dedi ki, üstünə basmamalıyam, altıdüzdə gəzməliyəm. Mən də səhnəyə çıxıram axı… Yıxılma videom evdə hər kəsdə var. Dostlarım baxıb deyir ki, sənin nəvə oynadan yaşındır, hoppanıb-düşən vaxtındır? Həyatımda yaşım çox cavandır. Neçə müddət hündürdaban geyinə bilməyəcəyəm”.