Müğənni Tural Gəncəli yol hərəkəti qaydalarını pozaraq bir neçə avtomobilə ziyan vurub.
KONKRET.az xəbər verir ki, görüntülərdə onun “Toyota Prius” markalı maşını bir neçə dəfə qəsdlə vuraraq ərazidən uzaqlaşdığı, polis əməkdaşlarının tələbinə məhəl qoymadığı görünür.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli oxu.az-a açıqlamasında bildirib ki, narkotik vasitənin təsiri altında olan, hərəkət iştirakçılarının həyatına real təhlükə yaradan, “Mercedes-Benz” markalı 99-MM-276 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Tural Abdullayev tabesizlik göstərsə də, görülən tədbirlər nəticəsində saxlanılıb və toplanılmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən, T.Abdullayevin sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla o, 30 sutka inzibati qaydada həbs edilib.
KONKRET.az