“Orduda düşüncə tərzinin dəyişdirilməsi vacibdir, lakin bununla nə demək istədiyimizi aydın şəkildə müəyyən etmək lazımdır. Başa düşməliyik ki, postda dayanan əsgər buranın vətəni olub-olmadığını düşünməməlidir”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Henaket” analitik mərkəzinin rəhbəri, hərbi ekspert Vitali Manqasaryan bildirib.
Onun sözlərinə görə, əsgərlər arasında inamsızlıq yaranıb ki, bu da kifayət qədər təhlükəlidir:
“Paşinyanın bəyanatları ordunu sarsıdır. Nə üçün onlar düşünmürlər ki, anklavların təhvil verilməsi elan edilərkən orada dayanan əsgər özünü necə hiss pis edir? Belə davam edərsə, əsgər sabah bilməyəcək ki, hərbi əməliyyat başlasa, nə etsin. İndi Alma Ata bəyannaməsindən danışırlar, hansısa sərhədlərə eyham vururlar. Postda dayanan əsgər belə sərsəm açıqlamaları eşitməməlidir. Çünki Alma-Ata bəyannaməsinə uyğun olaraq nəzərdə tutulan post Paşinyana görədir, əsgərə bunun heç bir aiddiyyatı yoxdur!
İstənilən valideyn həmişə övladının təhlükəsizliyini və sağlamlığını hər şeydən üstün tutub. Bəs niyə indi orduda xidmət etmək istəmirlər, çünki bu hakimiyyət ən yüksək səviyyədə (Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan səviyyəsində) “əsgərlərimiz boş yerə öldü” deyəndə hər bir ana qorxur: oğlu bu şərtlər altında niyə xidmət etməlidir?!
Faciə bundadır ki, Nikol Paşinyandan sonra növbəti hakimiyyətlərə dəhşətli miras qalacaq, çünki institusional problemlər böyükdür. Təsəvvür edirsinizmi ki, dövlətin başqa mübarizə üsulu yoxdur. Bu nə fəlakətdir, İlahi? Orduda telefonlara icazə verildikdən sonra çiyələk və əsgər çörəyi mövzusu müzakirə olunub. Hakimiyyət bu barədə hansı kanalda açıqlama verəcəyini fikirləşir və anlayır ki, ən yaxşı variant əsgərdir, çünki ana əsgər oğluna zəng vuranda ilk sualı “acsan, nə yedin?” olur. İndi başa düşürəm ki, bu orqanların telefonlara icazə vermək qərarı məhz bu məqsədlə qəbul edilib.
Dünyanın bütün ölkələrinin silaha ehtiyacı var. Silahların qiyməti indi çox bahadır. Amma istənilən halda gətirilən hər hansı silah mövcud sistemimizə ancaq hərbi təlimlər vasitəsilə inteqrasiya edilməlidir. Biz isə hərbi təlimlərdə iştirak etmirik. Təlimlər Silahlı Qüvvələrin bacarıqlarını artırmaqla yanaşı, şəxsi heyətə də ciddi psixoloji təsir göstərir.
Bu müddət ərzində Azərbaycan yüzdən çox, Ermənistan isə sıfır hərbi təlimlərdə iştirak edib. Heç kim bizimlə hücum etməmək paktı imzalamayacaq. Mən buna əminəm”.
Vəli Həsənov,
KONKRET.az