Müharibə daha təhlükəli mərhələyə qədəm qoyur – POLİTOLOQbackend

Müharibə daha təhlükəli mərhələyə qədəm qoyur - POLİTOLOQ 

Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibəni qısa müddətdə yekunlaşdırmaq planı baş tutmadı. İki aydan çoxdur davam edən  müharibə uzandıqca, proseslər hər keçən gün daha da mürəkkəbləşir. Bu günlərdə NATO-nun baş katibinin müavini Mirça Coane “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib ki, biz müharibənin həlledici mərhələsinə qədəm qoyuruq. O, müharibənin mümkün eskalasiyasını gözləmədiklərini də əlavə edib. 

Maraqlıdır, NATO rəsmisi bu açıqlaması ilə nəyə eyham vurur?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Fəqani Məhərrəmli cavablandırıb. O bildirib ki, müharibə daha təhlükəli mərhələyə qədəm qoyur:

“NATO Baş katibinin müavininin Rusiya-Ukrayna savaşının həlledici dövrünə qədəm qoyması ilə bağlı açqılaması heç də təsadüfi deyil. Bundan öncə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da savaşın ikinci mərhələsinin yaxın günlərdə başlayacağını bildirmişdi. Eyni zamanda dünən, məhz konstitusiya günündə Polşa Prezidenti A.Dudanın, Ukrayna ilə Polşa arasında  sərhədlərin götürüləcəyini, iki xalqın birlikdə yaşama imkanlarını bəyan etdi. Bütün bunlar  savaşın yeni, həm də çox qorxulu mərhələyə qədəm qoymasından xəbər verir”.

Politoloq fikirlərinə belə davam edib: “Tarix təkrardan ibarətdir deyirlər. Hadisələrin təhlili göstərir ki, Ukrayna Rusiyaya qarşı eynilə 1569-cu ildə olduğu kimi Polşa ilə, ardınca Baltikyanı ölkələrlə hərbi-siyasi ittifaqa girməyə hazırlaşır. Qeyd edilən ölkələrin NATO üzvü olduqlarını nəzərə alsaq, Alyansın Baş katibinin müavininin açıqlamasının nəyə işarə etdiyini anlamış olarıq”.

 

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*