“İran Fars körfəzi və Xəzər dənizində Fələstin xalqına dəstək adı altında hərbi parad keçirəcək”.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı Əlireza Tanqsiri yayıb.
O, paradda 2500 hərbçinin iştirak edəcəyini bildirib.
Qeyd edək ki, bundan öncə İranın İsrailə hücum başladacağı haqqında məlumat yayılıb. Vurğulanıb ki, artıq Tehran bununla bağlı Hizbullaha xüsusi tapşırıq verib. Rəsmi Təl-Əviv İranın hücum niyyəti barədə ABŞ kəşfiyyatı tərəfindən məlumatlandırılıb. Globalinfo.az