“Müharibə insanlığın və mədəniyyətin məhvi deməkdir” – Elxan Cəfərovbackend

"Müharibə insanlığın və mədəniyyətin məhvi deməkdir" – Elxan Cəfərov

Günlərdir davam edən Rusiya-Ukrayna müharibəsi bütün bəşəriyyəti narahat edən aktual məsələdir. Hər gün yüzlərlə insan həyatını itirir, qocalar, qadınlar, uşaqlar günahsız yerə öldürülür. Siyasi maraqlar ucbatından insan taleləri yarımçıq qalır, sivilizasiyalar məhv olub gedir.

Mövzu ilə bağlı KONKRET.az-a danışan Əməkdar incəsənət xadimi, kinorejissor Elxan Cəfərov bildirib ki, müharibə insanlığın və mədəniyyətin məhvi deməkdir:

“Bir sənət adamı olaraq mən günlərdir məyusluq hissi keçirirəm. Müharibə bütün dövrlərdə insanlıq, bəşəriyyət və sənət üçün dəhşətli nəticələrə gətirib çıxarıb. Müharibə dövründə sənət yaranmır, sənət məhv olur. Rus və ukraynlar dost, qardaş olan slavyan xalqlarıdır. Mən çox istərdim ki, iki qardaş xalq arasında müharibə dərhal dayandırılsın. Yalnız o zaman biz hamımız rahat nəfəs alacağıq. İndi bütün dünya bir-birinə qarışıb. Maraqlı bir tarixi dövrdür. Amma eyni zamanda xalqların sınaq dövrüdür. Emosiyaların tənzimlənməsinin ən vacib olduğu bir dövrdür. Hazırda bütün dünyada paradoksal və absurd, eyni zamanda təhlükəli hadisələr baş verir”.

E.Cəfərov əlavə edib ki, müharibənin dayanması üçün hər kəs əl-ələ verməlidir:

“Allaha çox şükür ki, bu gün biz azad və müstəqil Azərbaycanda yaşayırıq. Biz kənarda qalıb dünyanın problemləri bizə aid deyil deyə bilmərik. Biz yalnız və yalnız müharibənin dayandırılmasını düşünməliyik. Bunun üçün nə kömək lazımdırsa, əlimizdən gələni etməliyik. Bu dövlətlərin ortaq məxrəcə gəlməsi üçün hamımız səylərimizi birləşdirməliyik”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*